Ucnoqta.az
www.ucnoqta.az

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

15:43 - 25 Dekabr 2016 tarixində dərc olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
Başsağlığında deyilir:
"Hörmətli Vladimir Vladimiroviç, çoxsaylı insan tələfatı ilə nəticələnmiş TU-154 təyyarəsinin qəzası haqqında xəbər məni sarsıtdı.
Azərbaycanın xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

Müəllif: Ucnoqta.az