Ucnoqta.az
www.ucnoqta.az

Rəsmi Moskva: <font color=red><b> “ABŞ-la münasibətlər dondurulub”</b></font>

13:39 - 23 Dekabr 2016 tarixində dərc olunub.

Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov ABŞ-la münasibətlərin dondurulduğunu bəyan edib. Lent.az xəbər verir ki, “Mir” telekanalına müsahibə verən prezident köməkçisi hazırda rəsmi Vaşinqton ilə dialoqun “ən aşağı səviyyədə” olduğunu deyib.
O əlavə edib ki, Rusiya ilə ABŞ arasındakı parlament, biznes və mədəniyyət sahələrində əlaqələr tamamilə dayandırılıb.
“Amma bu bizim istəyimizlə baş verməyib”, deyə o, fikrini tamamlayıb.

Müəllif: Ucnoqta.az