Ucnoqta.az
www.ucnoqta.az

MN: <font color=red><b> Şəxsi heyətin pul təminatı tam həcmdə çatdırılıb</b></font>

13:17 - 23 Dekabr 2016 tarixində dərc olunub.

MN hərbçilərin maaşının gecikməsi barədə məlumatlara münasibət bildirib


Müdafiə Nazirliyi hərbçilərin maaşlarının gecikdirilməsi ilə bağlı mətbuat da yayılan məlumatlara münasibət bildirib.Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, hərbçilərin maaşlarının gecikdirilməsi barədə bəzi saytlarda dərc olunan yazıların heç bir əsası yoxdur: “Dekabr ayı üçün Silahlı Qüvvələrin şəxsi heyətinə ödənilməsi nəzərdə tutulmuş pul təminatı tam həcmdə çatdırılıb. Hazırda bu sahədə heç bir problem mövcud deyil”. 

Müəllif: Ucnoqta.az