Ucnoqta.az
www.ucnoqta.az

<b>Xırdalanda yaşayış binasında yanğın <font color=red>- 20 sakin təxliyə olundu</font></b>

11:51 - 23 Dekabr 2016 tarixində dərc olunub.

Xırdalan şəhərində yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsindən 12-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 12 p.m yanıb. Hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az