Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Abşeronda ikinci beynəlxalq aeroport tikiləcək</b></font>

13:49 - 22 Dekabr 2016 tarixində dərc olunub.

2035-ci ilə qədər Abşeron yarımadasında ikinci sərnişin hava limanı tikiləcək. Trend-in məlumatına görə, bu layihə Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planında nəzərdə tutulub. Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə açıqlamasında deyib ki, hava limanının tikintisi şəhərin cənub zonasında - Ələt qəsəbəsi ərazisində nəzərdə tutulur.
O əlavə edib: "Bakı Beynəxalq Aeroportunun ötürmə qabiliyyəti 2035-ci ilə qədər sərnişin axınını tam həyata keçirə biləcək. Lakin turizmin inkişaf tempini, Ələtdə azad ticarət zonasının yaradılmasını nəzərə alaraq biz duşunuruk ki, daha bir beynəlxalq aeropotun inşasına ehtiyac var".

Müəllif: Ucnoqta.az