Ucnoqta.az
www.ucnoqta.az

<b>Yaponiya sahillərində zəlzələ baş verib</b>

11:27 - 22 Dekabr 2016 tarixində dərc olunub.

Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə "İnterfax" agentliyi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Tididzima adasından 704 kilometr cənub-şərqdə, Sakit okean hövzəsində qeydə alınıb.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.  

Müəllif: Ucnoqta.az