Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>İki avtomobil toqquşdu: </font>3 yaralı <font color=red>- Hacıqabulda</font></b>

11:56 - 21 Dekabr 2016 tarixində dərc olunub.

Hacıqabul rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az