Ucnoqta.az
www.ucnoqta.az

<b>İran vətəndaşından psixotrop maddə aşkar olundu</b>

11:45 - 21 Dekabr 2016 tarixində dərc olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsində İrandan Azərbaycana sərnişin avtobusu ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Ucnoqta.az xəbər verir ki, bu barədə DGK-dan bildirilib. 

Məlumata görə, yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bükümdə, xalis çəkisi 1,947 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülüb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az