Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Azərbaycanda zəlzələ olub </b></font>

23:24 - 20 Dekabr 2016 tarixində dərc olunub.

  Azərbaycanın Şimal-Qərb bölgəsində zəlzələ baş verib. Ucnoqta.az-ın "report"a istinadən verdiyi məlumata görə, təbii fəlakət Zaqatala, Balakən və Qax rayonlarında hiss olunub. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi məlumatı təsdiqləyib. Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 20:40-da Zaqataladan 20 km. Şimal-Qərbdə, Balakəndə qeydə alınıb. Zəlzələ Balakən-Zaqatalada 4 bala qədər, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub. Zəlzələ yerin 3 km. dərinliyində qeydə alınıb.

Müəllif: Ucnoqta.az