Ucnoqta.az
www.ucnoqta.az

<b>Küçədə biraylıq körpə tapıldı<font color=red> - Bakıda</font></b>

12:59 - 19 Dekabr 2016 tarixində dərc olunub.

Bakıda binanın qarşısında biraylıq körpə tapılıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb. 

Belə ki, həmin ərazidə biraylıq körpə oğlan tapılıb. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az