Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Piyadaları maşın vurdu: </font>ana öldü, oğlu yaralıdır<font color=red> - Ağstafada</font></b>

12:29 - 19 Dekabr 2016 tarixində dərc olunub.

Ağstafa rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, dekabrın 18-də saat 19 radələrində Ağstafa şəhəri ərazisində şəhər sakini Rəşad İsmayılov idarə etdiyi "VAZ-2105" markalı avtomobillə yolu keçən həmyerliləri Səlminaz Tağıyevanı və oğlu Əvəzi vurub.

S.Tağıyeva hadisə yerində ölüb, Əvəz xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqaz İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ucnoqta.az