Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Dünya çempionatının ən yaxşısı Ronaldo oldu</b></font>

11:34 - 19 Dekabr 2016 tarixində dərc olunub.

Klublararası dünya çempionatının ən yaxşı oyunçusu müəyyənləşib. İstiPress-in  FİFA-nın rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, bu ada “Real”ın hücumçusu Kriştiano Ronaldo layiq görülüb. “Kasima Antlers” komandası ilə final matçında (4:2) het-trik edən portuqalıyalı futbolçuya “Qızıl top” mükafati verilib. Bu nominasiyada ikinci yeri Luka Modriç (“Real”), üçüncü yeri Qaku Sabasuki (“Kasima Antlers”, finalda iki qol vurub) tutub.

Turnirin feyr-pley mükafatını “Kasima Аntlers” qazanıb. 

Müəllif: Ucnoqta.az