Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yaşayış binasında yanğın olub

15:25 - 18 Dekabr 2016 tarixində dərc olunub.

Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, Bakı şəhər, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 2–ci mərtəbəsində 8 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az