Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bakıda 700 dolları manata dəyişmək istəyən şəxs cərimələnib</b></font>

12:09 - 16 Dekabr 2016 tarixində dərc olunub.

 Bakıda qanunsuz valyuta satışı ilə məşğul olan şəxs cərimələnib. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, dekabrın 15-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Vüqar Qurbanov qanunsuz olaraq 700 ABŞ dolları pulu 1281 manata dəyişərkən (1 dollar 1,83 AZN-ə) Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Müəllif: Ucnoqta.az