Ucnoqta.az
www.ucnoqta.az

<b>ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların 10 il uzadılması haqqında qanun qüvvəyə minib</b>

11:33 - 15 Dekabr 2016 tarixində dərc olunub.

Dekabrın 15-də ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətinin daha 10 il uzadılması haqqında qanun qüvvəyə minib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, Konqres qanun layihəsini təsdiqləyib.

Məlumata görə, ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq edilən sanksiyaların müddətinin uzadılmasını nəzərdə tutan qanunu ya imzalamalı, ya da ondan imtina etməli idi. İnformasiyaya əsasən, prezident sənədi nə imzalayıb, nə də ondan imtina edib. Bu halda da qanun qüvvəyə minir.

Müəllif: Ucnoqta.az