Ucnoqta.az
www.ucnoqta.az

<b>Küçədə 24 yaşlı gənc bıçaqlandı<font color=red> - Gəncədə</font></b>

11:27 - 15 Dekabr 2016 tarixində dərc olunub.

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Hüseynov Fəqan Arzu oğlu hələ ki, bilinməyən səbəblərdən qarın nahiyəsindən bıçaqlanıb. Dostları tərəfindən xəstəxanaya çatdırılan F.Hüseynov, dərhal həkimlər tərəfindən əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanıb.

Zərərçəkənin yaxınları polisə verdikləri ifadələrində F.Hüseynovun özü özünü bıçaqladığını bildiriblər.

Müəllif: Ucnoqta.az