Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə zəncirvari qəza: <font color=red><b>36 maşın toqquşdu, 41 yaralı</b></font>

16:58 - 14 Dekabr 2016 tarixində dərc olunub.

Türkiyədə Aksaray-Adana avtomobil yolunda zəncirvari qəza baş verib. Ucnoqta.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, Aksaray-Adana yolunun 40-cı kilometrliyində qar səbəbindən 36 avtomobil qəzaya uğrayıb. İlkin məlumata görə qəza zamanı 41 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Müəllif: Ucnoqta.az