Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda evdə partlayış: <font color=red><b> 73 yaşlı kişi yanaraq ölüb</b></font>

16:29 - 14 Dekabr 2016 tarixində dərc olunub.

Cəlilabad rayon sakini faciəli şəkildə ölüb. Cəlilabad rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 12-də rayonun Azərbaycan prospektində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Evin hamamında qaz sızmasından partlayış baş verib. Nəticədə yanğın meydana gəlib və hamamda çimən ev sahibi, 1943-cü il təvəllüdlü Balaxan Mirzəyev yanıb. Dərhal Rayon Mərkəzi Xəstəxanasına, oradan da Respublika Yanıq Mərkəzinə gətirilən B. Mirzəyev bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Ucnoqta.az