Ucnoqta.az
www.ucnoqta.az

<b>Şavkat Mirziyoyev Özbəkistan prezidenti kimi and içib</b>

10:55 - 14 Dekabr 2016 tarixində dərc olunub.

Özbəkistanın yeni seçilmiş prezidenti Şavkat Mirziyoyev ölkə parlamentinin hər iki palatasında birgə iclasında and içib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Uluqbek Abdusalimov Ş.Mirziyoyevə Özbəkistan prezidenti vəsiqəsini təqdim edib. Ardından yeni seçilmiş dövlət başçısı əlini eyni zamanda ölkə Konstitusiyasına və "Quran"a basaraq, and içib: o, Konstitusiyaya və qanunlarına ciddi riayət edəcəyinə, vətəndaşların hüquq və azadlıqlarının təmin ediləcəyinə və vicdanla Özbəkistan Respublikası prezidentinin vəzifələrini yerinə yetirəcəyinə söz verib.

Xatırladaq ki, dekabrın 4-də Özbəkistanda prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, Liberal Demokrat Partiyası (UzLiDeP) tərəfindən namizədliyi irəli sürülən Ş.Mirziyoyev 88,61% səs toplayıb.

Müəllif: Ucnoqta.az