Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Hərbi bazada partlayış: </font>20-dən çox əsgər yaralanıb</b>

11:04 - 13 Dekabr 2016 tarixində dərc olunub.

Koreya Respublikasının Ulsan şəhərindəki hərbi bazada baş vermiş partlayış nəticəsində 20-dən çox şəxs yaralanıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yaralıların hamısı Cənubi Koreya ordusunun əsgərləridir. Onlar xəstəxanaya yerləşdirilib. Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir. Hərbçilər hələ rəsmi bəyanat verməyiblər.

Müəllif: Ucnoqta.az