Ucnoqta.az
www.ucnoqta.az

<b>Vyetnamda polis məntəqəsində partlayış olub,<font color=red> 3 nəfər ölüb</font></b>

10:56 - 13 Dekabr 2016 tarixində dərc olunub.

Vyetnamda Daklak əyalətində polis məntəqəsinin kimyəvi əşyalar saxlanılan bölməsində partlayış baş verib.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, nəticədə 3 polis əməkdaşı ölüb.

Məlumata görə, partlayışın terror aktı olması da istisna edilmir.

Hadisə ilə bağlı araşdırma aparılır.  

Müəllif: Ucnoqta.az