Ucnoqta.az
www.ucnoqta.az

Depozit hərracında tələb təklifi 2,6 dəfə üstələyib

14:05 - 12 Dekabr 2016 tarixində dərc olunub.

 Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 130 mln. manat təşkil edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 14,54% olub.

Müəllif: Ucnoqta.az