Ucnoqta.az
www.ucnoqta.az

<b>Azərbaycanda yeni qurumlar yaradılacaq</b>

12:33 - 9 Dekabr 2016 tarixində dərc olunub.

Azərbaycanda dövlət tərəfindən turizm sahəsində elmi tədqiqatların aparılması üçün qurumlar təsis ediləcək. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində nəzərdə tutulub. Layihəyə görə, dövlət turizm sahəsində elmi tədqiqatların aparılması üçün şəxslər müvəkkil edəcək. Dövlət, eyni zamanda qeyri-dövlət qurumları tərəfindən həyata keçirilən bu cür fəaliyyətə məlumatlandırıcı, maddi-texniki yardım göstərəcək.

Müəllif: Ucnoqta.az