Ucnoqta.az
www.ucnoqta.az

<b>Zərdab sakininin evindən 15 000 ABŞ dolları və qızıl əşyalar oğurlanıb</b>

12:31 - 9 Dekabr 2016 tarixində dərc olunub.

Zərdab rayonunda evdən külli miqdarda pul və qızıl əşylar oğurlanıb. "Report"un məlumatına görə, rayon sakini Şaiq Əmiraslanova məxsus evdən  naməlum şəxslər 15 000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlayıblar.

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı oğurluqda şübhəli bilinən həmyerlisi Niyaz Davudov tutulub.  Məlum olub ki, oğurluqla məşğul olan qrup 3 nəfərdən ibarətdir və qrupun digər üzvlərinin tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Müəllif: Ucnoqta.az