Ucnoqta.az
www.ucnoqta.az

<b>Azərbaycanın mədəniyyət və turizm naziri Tbilisidə səfərdədir</b>

11:23 - 8 Dekabr 2016 tarixində dərc olunub.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 8-də Gürcüstanın paytaxtı Tbilisiyə gəlib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, səfərin məqsədi Avropa İttifaqı və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin təşkil etdiyi beynəlxalq forumda iştirak etməkdir.

Nazir, həmçinin, Tbilisidə bir sıra görüşlər keçirəcək, tarixi abidələrə baş çəkəcək.

Müəllif: Ucnoqta.az