Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=blue>Donald Tramp: </font><font color=red>“Başqa dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq”</font></b>

11:25 - 7 Dekabr 2016 tarixində dərc olunub.

”Biz barəsində heç nə bilmədiyimiz dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq”. “Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Şimali Korolina ştatının Feyetvill şəhərindəki çıxışında bildirib.

“Bizim belə dövlətlərdə nə işimiz var? Tanımadığımız dövlətlərdəki rejimləri devirməyin yerinə biz İŞİD-i və başqa terrorçu qruplaşmaları məhv etməliyik. Bu hədəfi bizimlə bölüşən istənilən dövlət bizim tərəfdaşımızdır", - deyə o, vurğulayıb.

D.Tramp qeyd edib ki, dağıdıcı müdaxilə və xaosa nəhayət son qoyulmalıdır.

Müəllif: Ucnoqta.az