Ucnoqta.az
www.ucnoqta.az

<b>Yozef Blatter apelyasiya şikayəti verməyəcək</b>

10:55 - 6 Dekabr 2016 tarixində dərc olunub.

Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter İsveçrə Ali Məhkəməsinə futbol fəaliyyətindən kənarlaşdırılmasına dair apelyasiya şikayəti verməyəcəyini bildirib.

"Frans Press" agentliyinin verdiyi xəbərə görə, bazar ertəsi İdman Arbitraj məhkəməsi (CAS) Y.Blatterin 6 il müddətinə futboldan kənarlaşdırılmasına dair apellyasiya şikayətini rədd edib.

"Mən İsveçrə Ali Məhkəməsinə apellyasiya şikayəti verməyəcəyəm" - FİFA-nın keçmiş prezidenti deyib.

Müəllif: Ucnoqta.az