Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=blue>Energetika naziri: </font><font color=red>“Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırıq”</font></b>

10:53 - 6 Dekabr 2016 tarixində dərc olunub.

"İran Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırdır”. “Report” “news.am”a istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının energetika naziri Həmid Çitçian İran-Ermənistan hökumətlərarası birgə komissiyanın açılışında bildirib.

“Ermənistan Prezidenti Serj Sarqsyanın Tehrana qarşıdan gələn səfəri iki ölkə arasında energetika və iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın inkişafına yaxşı imkanlar açır” - iranlı nazir vurğulayıb.

O deyib ki, hökumətlərarası komissiyanın gündəliyində üçüncü elektrik ötürücüsü xəttinin tikintisi layihəsi, Şimal-Cənub nəqliyyat dəhlizi, eləcə də körfəzdən Qara dənizədək boru-kəmərinin çəkilməsi məsələləri var.

Xatırladaq ki, komissiyanın iclasında Ermənistanın energetika naziri Aşot Manukyan iştirak edir. Ermənistan KİV-i İran Prezidenti Həsən Ruhaninin Yerevana səfər edəcəyini yazıb. Ancaq həmin müddətdən iki həftə keçsə də bu səfər baş tutmayıb.

Müəllif: Ucnoqta.az