Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın qırıcı təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb

15:16 - 5 Dekabr 2016 tarixində dərc olunub.

Rusiyanın qırıcı təyyarəsi "Su-33" Aralıq dənizində "Admiral Kuznetsov" təyyarə daşıyan gəmiyə eniş zamanı qəzaya uğrayıb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Suriya səmasında döyüş tapşırığını yerinə yetirdikdən sonra "Admiral Kuznetsov" təyyarə daşıyan gəmiyə qayıdan "Su-33" qırıcısı eniş zamanı aerofinişerin burazının qırılması səbəbindən göyərtədən kənara düşüb.

Müəllif: Ucnoqta.az