Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə ağır yol qəzası: <font color=red><b>dörd nəfər xəsarət alıb</b></font>

15:56 - 3 Dekabr 2016 tarixində dərc olunub.

Bakı-Qazax magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınlb. Belə ki, "Land Rover", "Kia" və "VAZ2106" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif bədən xəsarərtləri alaraq Şəmkir rayon mərkəzi xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif: Ucnoqta.az