Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Azərbaycan prezidenti Tərtərə səfər edib</b></font>

10:30 - 3 Dekabr 2016 tarixində dərc olunub.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfər edib. APA-nın məlumatına görə, dövlət başçısı və xanımı Heydər Əliyevin Tərtər şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Müəllif: Ucnoqta.az