Ucnoqta.az
www.ucnoqta.az

<b>Avtovağzalda oğurluğa cəhd<font color=red> - Bakıda</font></b>

13:56 - 2 Dekabr 2016 tarixində dərc olunub.

Bakıda oğurluğa cəhd göstərmiş şəxs tutulub. Ucnoqta.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yaşıllaşdırma zolağının işıqlandırılmasını təmin edən elektrik naqilinin 35 metrlik hissəsini kəsərək oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini Akif Həsənov tutulub.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az