Ucnoqta.az
www.ucnoqta.az

<b>Şəki sakini traktor qoşqusunun altında qalaraq ölüb</b>

13:56 - 2 Dekabr 2016 tarixində dərc olunub.

Şəki rayonunda bədbəxt hadisə baş verib. 

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayon sakini Asim Mustafazadə özünə məxsus "MTZ-80" traktor qoşqusunun altında qalaraq ölüb. Hadisə A.Mustafazadənin traktordan məişət tullantılarını boşaldarkən baş verib. 
Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ucnoqta.az