Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Mövlud Çavuşoğlu bu gün Azərbaycana gəlir</b></font>

11:41 - 2 Dekabr 2016 tarixində dərc olunub.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana gəlir. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər bu axşam başlayacaq.
Sabah isə onun xarici işlər naziri Elmar Məmmədyarovla görüşü olacaq. Görüşün sonunda nazirlər mətbuat konfransı keçirəcəklər. 

Müəllif: Ucnoqta.az