Ucnoqta.az
www.ucnoqta.az

Afinada partlayış: ölən və yaralananlar var

15:53 - 1 Dekabr 2016 tarixində dərc olunub.

Yunanıstanın paytaxtı Afinadakı restoranlardan birində partlayış olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Partlayışdan ətrafdakı mağaza, yaşayış evi, avtomobil və motosiklet də zərər görüb.
Hadisəyə ilkin səbəb kimi propan çənindən sızma göstərilir.

Müəllif: Ucnoqta.az