Ucnoqta.az
www.ucnoqta.az

<b>Nəqliyya vasitəsindən siqaret aşkar olundu <font color=red>- 9 600 ədəd</font></b>

12:17 - 1 Dekabr 2016 tarixində dərc olunub.

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə Avtosfer.az-a DGK-dan bildirilib.

Məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 9 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Ucnoqta.az