Ucnoqta.az
www.ucnoqta.az

<b>Bakıda küçədə 74 yaşlı kişinin meyiti tapılıb</b>

14:59 - 30 Noyabr 2016 tarixində dərc olunub.

Bakı küçələrindən birində 74 yaşlı kişinin meyiti tapılıb. "Report"un xəbərinə görə, bu gün Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsində kişi meyiti aşkarlanıb.

Küçədə dünyasını dəyişən şəxsin 1942-ci il təvəllüdlü Adil Süleymanov olduğu məlum olub. A.Süleymanovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Onun ölümünün səbəbləri araşdırılır.

Müəllif: Ucnoqta.az