Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Barak Obama: </font>"Mişel heç vaxt prezidentliyə namizəd olmayacaq"</b>

13:45 - 30 Noyabr 2016 tarixində dərc olunub.

ABŞ-ın birinci xanımı Mişel Obama heç vaxt prezidentliyə namizədliyini irəli sürməyəcək.

"Report" xəbər verir ki, bu barədə "Rolling Stone" jurnalına müsahibəsində ABŞ prezidenti Barak Obama bildirib.

"Mişel heç vaxt prezidentliyə namizəd olmayacaq", - deyə B.Obama vurğulayıb.

Ölkə başçısı xanımının çox istedadlı olduğunu, çox sayda amerikalının onun fikrinə qulaq asacağını, amma eyni zamanda, çox həssas olduğundan siyasətçi ola bilməyəcəyini əlavə edib.

Müəllif: Ucnoqta.az