Ucnoqta.az
www.ucnoqta.az

<b>Konqresmen Luis Barletta ABŞ-ın əmək naziri ola bilər</b>

10:51 - 30 Noyabr 2016 tarixində dərc olunub.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Luis Barletta ölkənin yeni seçilmiş prezidenti Donald Tramp ilə görüşdüyünü bildirib. "Reuters" xəbər verir ki, konqresmenin sözlərinə görə, görüşdə onun əmək naziri vəzifəsinə təyin olunması məsələsi müzakirə olunub.

Görüşdən sonra jurnalistlərlə qısaca söhbət edən konqresmen, ona edilən təklif barədə düşünəcəyini deyib. 

Müəllif: Ucnoqta.az