Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Gələn il Ramazan və Qurban bayramları ilə əlaqədar qeyri-iş günləri açıqlanıb</b></font>

10:44 - 29 Noyabr 2016 tarixində dərc olunub.

Gələn il Azərbaycanda dini bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub.APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 26, 27 iyun Ramazan bayramı, 1, 2 sentyabr Qurban bayramıdır.
26 və 27 iyun bazar ertəsi və çərşənbə axşamına təsadüf edir və müvafiq olaraq 2 gün qeyri-iş günü olacaq.
Qurban bayramında isə 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq.
Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün gələn il Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Müəllif: Ucnoqta.az