Ucnoqta.az
www.ucnoqta.az

Beyləqanda avtomobil kanala düşüb, sürücü ölüb

11:44 - 26 Noyabr 2016 tarixində dərc olunub.

 Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, noyabrın 25-də saat 19 radələrində rayonunun Dünyamalılar kəndi ərazisində baş verib.  Belə ki, rayon sakini  Qurbani Sarıyev idarə etdiyi "VAZ-21154" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarından keçən Qarabağ kanalına aşırıb. 

Nəticədə sürücü Q.Sarıyev hadisə yerində ölüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ucnoqta.az