Ucnoqta.az
www.ucnoqta.az

<b>ABŞ-ın Kentukki ştatında atışma olub,<font color=red> 4 nəfər yaralanıb</font></b>

10:43 - 25 Noyabr 2016 tarixində dərc olunub.

Birləşmiş Ştatların Kentukki ştatının Luisvill şəhəri ətrafında baş verən atışma nəticəsində ən azı 4 nəfər odlu silah yarası alıb.

"Report" xəbər verir ki, bu barədə hadisə şahidlərinə və yerli polisə istinadən "Wave 3 News" telekanalı məlumat yayıb.

Yaralıların vəziyyəti barədə hazırda məlumat yoxdur, həmçinin neçə nəfərin atəş açdığı və polisin onların şəxsiyyətini müəyyən edib-etmədiyi barədə məlumat verilmir.

Müəllif: Ucnoqta.az