Ucnoqta.az
www.ucnoqta.az

<b>Rusiyanın "İkar" aviaşirkəti Azərbaycana uçuşlar təşkil edəcək</b>

11:07 - 24 Noyabr 2016 tarixində dərc olunub.

Rusiyanın "İkar" aviaşirkəti Moskva vilayətinin regional əhəmiyyətli "Jukovski" Beynəlxalq Hava Limanından Azərbaycana uçuşlar təşkil etməyi planlaşdırır. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Ramport Aero" ASC-nin baş direktorunun birinci müavini Yevgeni Solodilin məlumat verib.

O, uçuşların dekabr ayında Bakı istiqamətində nəzərdə tutulduğunu əlavə edib.

Müəllif: Ucnoqta.az