Ucnoqta.az
www.ucnoqta.az

<b>22 minə yaxın polis əməkdaşı işdən çıxarıldı</b>

14:43 - 23 Noyabr 2016 tarixində dərc olunub.

Türkiyə Daxili İşlər Nazirliyinin 21 929 əməkdaşı işdən çıxarılıb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirliyin 12 985 əməkdaşı isə tutduğu vəzifədən uzaqlaşdırılıb.
Bundan başqa, 3 569 nəfər nazirlikdəki vəzifəsinə bərpa edilib.
Məlumata görə, nazirliyin 467 əməkdaşı barəsində axtarış elan edilib.
Onların Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə olduğu ehtimal edilir.

Müəllif: Ucnoqta.az