Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>İşçilər etiraz etdi: </font>60-dan çox aviareys təxirə düşdü</b>

15:12 - 22 Noyabr 2016 tarixində dərc olunub.

Almaniyanın Düsseldorf hava limanında "Eurowings" aviaşirkətinin bort bələdçilərinin tətil etməsi səbəbindən 50 aviareys təxirə salınıb.

Ucnoqta.az trend-ə istinadən xəbər verir ki, Berlin, Praqa və Vyana şəhərlərinə uçuşlar dayandırılıb.
Tətilə Düsseldorf və Hamburq hava limanlarında çalışan işçilər də qoşulub. 460-a yaxın işçinin əməkhaqlarının artırılması tələb edilir. Yerli vaxtla səhər saat 05:00-da başlayn tətil saat 20:00-dək davam edəcək.
Hamburq hava limanında da tətil təsirsiz ötüşməyib. Burada 14 reysin təxirə salındığı bildirilir.

Müəllif: Ucnoqta.az