Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada axtarışda olan şəxs Şəkidə tutuldu

12:31 - 22 Noyabr 2016 tarixində dərc olunub.

Baş Cinayət Axtarışı İdarəsi və Şəki ŞRPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) saytında verilmiş məlumata görə, nəticədə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Nəcməddin İsayev,  131-ci maddəsi (zorlama) ilə axtarışda olan Cabir Yusifalıyev tutulublar.

Müəllif: Ucnoqta.az