Ucnoqta.az
www.ucnoqta.az

Nardaranda evdən silah-sursat çıxdı

12:14 - 22 Noyabr 2016 tarixində dərc olunub.

Bakının Nardaran qəsəbəsində növbəti əməliyyat keçirilib.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 42-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Saleh Dadaşovun evinə baxış zamanı "Mauzer" markalı tapança və 12 ədəd patron aşkar edilərək götürülüb.

Müəllif: Ucnoqta.az