Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Ərdoğan Türkiyə gəmilərinin bir daha Krıma girməyəcəyinə söz verib</b></font>

10:56 - 22 Noyabr 2016 tarixində dərc olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Ali Radasının sədri Andrey Parubi ilə görüşüb. “Report” xəbər verir ki, görüş zamanı onlar Türkiyə gəmilərinin qeyri-rəsmi şəkildə Sevastopol limanlarına daxil olması məsələsini müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, hətta Türkiyə gəmiləri Sevastopol limanlarına qeyri-rəsmi daxil olublarsa belə, o, gələcəkdə istənilən formatda bu cür halların təkrarlanmaması üçün göstəriş verəcək.

Parubiyanın sözlərinə görə, Türkiyə prezidenti, həmçinin Krım tatarlarına maddi və mənəvi dəstəyini ifadə edib.

Müəllif: Ucnoqta.az