Ucnoqta.az
www.ucnoqta.az

<b>Ermənistanda hərbçinin meyiti tapılıb</b>

15:37 - 18 Noyabr 2016 tarixində dərc olunub.

Ermənistanda hərbçinin meyiti tapılıb. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə Tavuş vilayətində baş verib. Ermənistan İstintaq Komitəsinin yaydığı xəbərdə bildirilir ki, hərbi hissələrin birində atıcı batalyonun nəzarət-keçid məntəqəsində müqaviləli əsasda xidmət edən İvan Ayrapetyanın meyiti aşkar olunub. Hərbçinin baş nahiyəsində güllə yaraları olub.  Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

Müəllif: Ucnoqta.az