Ucnoqta.az
www.ucnoqta.az

<b>58 yaşlı kişi özünü bıçaqlayıb<font color=red> - Bakıda </font></b>

16:34 - 16 Noyabr 2016 tarixində dərc olunub.

Suraxanı rayonunda 58 yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd edib. Hadisə Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Abdulla Hüseynov yaşadığı evdə bədəninin bir neçə nahiyəsinə bıçaq zərbəsi vurub. Çoxlu qan itirən şəxs qonşularının köməyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin ehtimala görə, A.Hüseynov özünə xəsarət yetirən zaman sərxoş vəziyyətdə olub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Müəllif: Ucnoqta.az